Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbçilərinin ölkənin şərqindəki 14-ə yaxın yaşayış məntəqəsinə hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirib.
Məlumata görə, son sutka ərzində Novoselovskoe, Beloqorovka, Luqansk vilayəti və Yampolovka, Spornoe, Krasnaya Qora, Paraskovievka, Baxmut, yaşayış məntəqələri ərazilərində işğalçıların hücumları dəf edilib:
"Düşmən xeyli itki versə də, Liman və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Avdeyevski və Novopavlovski istiqamətlərində uğursuz hücum əməliyyatları aparır. Kupyansk və Zaporojye istiqamətlərində - əvvəllər tutulan xətlər müdafiə edilir. Rusiya Federasiyasının bölmələrinin şəxsi heyətinin öz hərbi-siyasi rəhbərliyinin qərarları və şəxsi heyətin döyüş əməliyyatlarının intensivliyindən tükənməsi səbəbindən ümidsizlik var.
Volınski, Polesski, Severski və Slobojanski istiqamətlərində vəziyyət ciddi dəyişməyib, düşmənin hücum qrupları müəyyən edilməyib.
Bununla paralel olaraq Belarus poliqonlarında düşmən bölmələrinin hazırlığı davam edir".