31 Yanvar 10:40
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 3 nəzarət məntəqəsini və rus ordusunun cəmləşdiyi onlarla yeri məhv edib.

Teleqraf.com xəbər verir ki, ötən sutka ərzində Ukrayna ordusu rus ordusunun 3 komanda məntəqəsinə, 2 silah-sursat anbarına və işğalçı qüvvələrin cəmləşdiyi onlarla yerə zərbələr endirilib.

“Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 4 zərbə endirib, raket və artilleriya bölmələri işğalçıların 3 komanda məntəqəsinə, 4 cəmləşmə məntəqəsinə və 2 silah-sursat anbarını vurub”, - Baş Qərargah qeyd edib.

Əlavə olunur ki, Rusiya Ukraynanın mühüm infrastrukturunu məhv etməkdən, raket zərbələri endirməkdən, mülki obyektləri və mülki əhalinin yaşayış yerlərini artilleriyadan atəşə tutmaqdan əl çəkmir.

Baş Qərargah bildirir ki, düşmən son sutka ərzində 3 hava və 4 raket zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən, xüsusən də Xerson və Oçakov şəhərlərində yaşayış binalarına 60-dan çox hücum təşkil edib:

“Ukraynanın bütün ərazisi üzrə hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır”.


Müəllif: Nemət