31 Yanvar 12:08
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan müdafiə naziri Kristof Salay-Bobrovniski ölkəsi və Avstriyanın müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün Ukraynaya silah göndərməyəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Salay-Bobrovniski paytaxt Budapeştdə Avstriya müdafiə naziri Klaudia Tannerlə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Macar nazir bildirib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi müzakirə olunub:

“Macarıstanın mövqeyi aydındır, münaqişənin genişlənməsinin qarşısını almaq istədiyimiz üçün silah göndərmirik. Bu barədə Avstriya ilə həmfikirik. Neytral Avstriya da müharibəyə silah göndərmir. Amma eyni zamanda hər iki ölkə müharibədən qaçanlara humanitar yardım edir”.

Tanner isə Ukraynadakı savaşın Avropanın təhlükəsizliyini təhdid etdiyini və ən böyük təhlükənin müharibənin qitəyə yayılması ehtimalı olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu