31 Yanvar 13:40
3 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-2013-cü illərdə NATO-da yüksək rütbədə xidmət etmiş, təqaüdçü ABŞ admiralı Ceyms Stavridis Türkiyəni təhtid edib.

Teleqraf.com xəbər verir ki, qardaş ölkə ictimaiyyətinin yaxşı tanıdığı Stavridis Türkiyənin digər NATO ölkələri ilə birlikdə Rusiyaya qarşı sanksiyalarda iştirak etməməsini tənqid edib.

NATO-nun fəaliyyəti ilə bağlı açıqlama verən Stavridis bildirib ki, NATO Türkiyənin üzvlüyü ilə İsveç və Finlandiyanın üzvlük prosesi arasında seçim etmək məcburiyyətində qalmayacaq. Amma qalan NATO üzvlərinin də səbrinin həddi var və bu ölkələr İsveç və Finlandiyanın üzvlüyünü dəstəkləyir.

NATO daxilində birlik və koordinasiyanın uyğun olduğunu ifadə edən Stavridisə görə, yalnız Türkiyə, Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxır. Amma ümumilikdə alyansın birliyi diqqətəlayiqdir”.

Bir müddət əvvəl admiral “Bloomberg”ə demişdi ki, Türkiyənin NATO-dan çıxarılması səhv olar: “Ümid edirəm ki, bu nöqtəyə gəlməyəcəyik. Hələ bu nöqtədə deyilik və Türkiyədəki seçkiləri gözləməliyik. Amma NATO-ya üzv 29 ölkənin sərhədində bir məhdudiyyət var. Bu məqamda görülməli olan gərginliyi azaltmaq və Türkiyədəki seçkilərin nəticəsini gözləmək lazımdır”.

Stavridis həmçinin İsveç və Finlandiyanın bu il NATO-ya üzv olacağına əmin olduğunu bildirib.


Müəllif: Nemət