31 Yanvar 13:54
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 29-da İranın bir sıra şəhərlərində hərbi obyektləri İsrail ABŞ tərəfindən vurula bilərdi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Armen Manvelyan deyib.

“Uzun müddətdir ki, Yaxın Şərqdə təhlükəsizliklə bağlı vəziyyət pisləşir. Suriyada gedən proseslərdən, eləcə də İraq müharibəsindən sonra İran ətrafında vəziyyət gərginləşib, həm daxildən, həm də xaricdən bu dövləti məhv etməyə cəhd edilir. Bu cəhdlər Qərb dövlətləri, xüsusən də ABŞ və İsrail tərəfindən koordinasiyalı şəkildə edilir. İran-Rusiya hərbi ittifaqı başlayandan sonra belə bir şeyin olacağı gözlənilirdi. Bundan əvvəl İran və Rusiya sadəcə əməkdaşlıq edirdisə, indi tədricən hərbi ittifaq sahəsinə keçiblər. Artıq strateji əməkdaşlıqdan söhbət gedir. Bütün bunları nəzərə aldıqda, İran ətrafındakı gərgin situasiya nə vaxtsa partlamalıydı”, - ekspert bildirib.

Manvelyan onu da iddia edir ki, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa qadir olan yeganə güc Türkiyədir. Ekspert Türkiyə və İranın nə vaxtsa üz-üzə gələ biləcəyini iddia etsə də, ən azı indiki məqamda Türkiyənin İrana qarşı hərbi addımlar ata biləcəyini mümkün hesab etmədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu