31 Yanvar 17:50
3 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Bild” qəzetində Türkiyə ilə bağlı diqqətçəkən təhlil dərc olunub.

Teleqraf.com xəbər verir ki, analizdə Türkiyənin Ukrayna-Rusiya müharibəsində uğurla dialoq apardığına diqqət çəkilərək, ixracatını iki dəfə artıraraq Almaniyanı əvəzlədiyi bildirilib.

Alman nəşri Türkiyənin NATO üzvü olaraq müstəqil fəaliyyətini və Rusiyaya qarşı sanksiya kampaniyalarının bir parçası olmadan Kremllə dialoqu davam etdirməyi bacardığını yazıb.

Türkiyənin Rusiya ilə idxal-ixrac rəqəmlərini cəmi bir ildə iki dəfə artdığını qeyd edən qəzet Ankaranın Almaniyanı taxtdan bu yolla saldığını vurğulayıb.

“Bild” Rusiya ilə iş aparan alman şirkətlərinin son bir ildə türk şirkətlərinin boş yerlərini doldurmalarını kənarda izləməli olduğunu bildirib. Məqalədə həmçinin qeyd olunub ki, Türkiyə Rusiyaya texnika və avadanlıq satışında Almaniya ilə eyni yerdə qərarlaşıb.

“Türkiyə Almaniyanı əvəz etdi”, - nəşr yazıb.

Qəzet Türkiyənin müharibəni fürsətə çevirdiyini iddia edib: “Müharibənin qazananı Türkiyədir”.

Türk markalarının Rusiya bazarında böyük yer tutduğunu bildirən alman qəzeti iki ölkənin 2030-cu ilə qədər çox böyük ticarət ortaqlığı təmin edəcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu