31 Yanvar 20:58
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Fələstinə əlavə 50 milyon dollar ayırıb.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra bildirib.

Blinken deyib ki, bu məbləğ artıq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacaq.

Bundan əlavə, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.

Blinken yanvarın 29-dan 31-dək Yaxın Şərq turnesindədir. ABŞ dövlət katibi artıq Misir və İsrailə səfər edib.


Müəllif: Teleqraf.com