1 Fevral 00:23
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi İranın 7 təşkilatını qara siyahıya salıb.

Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ Federal Reyestri məlumat yayıb.

“Bu yeddi təşkilat Rusiya Silahlı Qüvvələrinə və onun hərbi sənaye kompleksinə töhfə verməklə ABŞ-nin milli təhlükəsizlik maraqlarına, xarici siyasətinə zidd fəaliyyət göstərib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, aviasiya sənayesinin bir neçə müəssisəsi və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri sanksiyalara məruz qalıb.


Müəllif: Teleqraf.com