1 Fevral 2023 12:03
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəcəb Tayyib Ərdoğan kimi liderin qarşısına çıxa biləcək namizədi tapmaq o qədər də asan deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Hayati Yazıcı deyib.

AKP rəsmisi müxalifətin “Altılıq Masası” blokunun bu günədək 11 dəfə toplanmasına baxmayaraq, namizəd irəli sürə bilmədiyini bildirib.

“Namizəd kimin qarşısına çıxacaq? Rəcəb Tayyib Ərdoğan kimi liderə qarşı namizəd tapacaqlar, asan işdirmi? Onu necə tapacaqlar? Zaman daralanda onlardan birini namizəd göstərəcəklər və ya hər biri ayrı-ayrılıqda namizəd irəli sürəcək. Bu məsələ bizim gündəliyimizdə deyil. Sadəcə bu iş bir namizədlə görüldüyü üçün niyə indiyədək namizədlərinin və ya öncüllərinin olmadığını biz də sorğulayırıq.

Bu asan iş deyil. Gec-tez namizəd irəli sürəcəklər. Görəcəyik, bir namizəd irəli sürə biləcəklər, yoxsa, bunu edə bilməyəndə hərəsi öz namizədini irəli sürəcək”.

“Masa”da yer alan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu namizədin fevralın 13-də elan ediləcəyini deyib. Amma İYİ Partiya bu tarixin təqvimdə olmadığını bildirb. DEVA partiyasının sədri Əli Babacan da niyyətlərinin 13 fevral olduğunu, amma məsələnin martın 30-na qədər uzana biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər