1 Fevral 2023 12:22
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzetinin 28 yanvar 2023-cü il tarixli sayındakı məqalədə yer verilən bir fotonun altındakı qeyddə “ABŞ əsgərləri sentyabrda PKK üzvlərinə təlim keçərkən” ibarəsi yer alıb.

Teleqraf.com xəbər verir ki, Suriyanın Hasəkə bölgəsində çəkilən fotoşəkillə Amerika mətbuatında ilk dəfə ABŞ ordusunun QSD adlandırdığı təşkilatın PKK terror təşkilatı ilə eyni qurum kimi qəbul edildiyi bildirilib.

Amerika nəşri mövzu ilə bağlı Türkiyənin “Anadolu” agentliyinin sualına cavabında özünün dərc etdiyi məlumatı “yalan” adlandırıb:

“28 yanvar sayımızda yer alan və Xüsusi Əməliyyat Qüvvələrinin mənsubu olan qadınlarla bağlı məqalədə istifadə edilən, “Getty”dən əldə olunan fotoda ABŞ qüvvələrinin PKK yaraqlılarına təlim keçməsi ilə bağlı yalan məlumat yer alıb. ABŞ qüvvələri Türkiyə və İraqda fəaliyyət göstərən və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK üzvlərinə təlim keçməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər