25 Dekabr 2014 02:10
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Viktor Ynukoviç hesab edir ki, Avropa Birliyinin Vilnüs sammitində Assosiasiya sazişini imzalamaqla güclü vətənpərvər addım atıb. Teleqraf.com-un məlumatına görə, bu barədə o, Rusiyanın “Arqumenti i faktı” qəzetinə müsahibəsində bildirib.


“Həmin sənədi imzalasaydım, yəqin ki, hələ də prezident kabinetində otururdum və ölkəni idarə edirdim. Qərb liderləri mənimlə sevinc hissi ilə görüşər və “doğru addıma görə” məni tərifləyərdilər. Mən hətta ikinci müddətə seçilmək şansı qazanardım”, - deyə eks-dövlət başçısı qeyd edib.

Bununla belə, Yanukoviç iddia edir ki, Assosiasiya sənədini imzalamaqdan imtina eləməklə “Ukraynanı xilas etməyə” çalışıb: “Bu (hakimiyyətin saxlanması-red.) Ukrayna sənayesinin yarısının müflis olması və əhalinin həyat səviyyəsinin əhəmiyyət dərəcədə düşməsi hesabına əldə oluna bilərdi. Mənə belə qiymətə hakimiyyət lazım deyildi”.


Müəllif:

Oxşar xəbərlər