25 Dekabr 2014 02:19
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liberiyada BMT-nin əməkdaşı "Ebola" virusuna yoluxub.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, beləliklə bu ölkədə xəstəliyə yoluxan BMTəməkdaşlarının sayı dördə çatıb.

“Xəstələnən şəxs Liberiya vətəndaşıdır”, deyə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.

Bundan əvvəl Ebola virusundan ölənlərin sayının 7 573-ə çatdığı barədə məlumat yayılıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə (9 004), ən çox ölüm halları isə Liberiyada (3 384) qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər