1 Fevral 2023 23:39
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin 6 partiyasının yaratdığı “Altılıq Masası” bloku uzun müddətdir gündəmdədir.

Teleqraf.com xəbər verir ki, yarandığı gündən bəri 11 dəfə toplanan, amma hələ də namizədini müəyyən edə bilməyən birlik son zamanlar xarici mətbuatın da diqqətini çəkməyə başlayıb.

Almaniyanın “Der Spiegel” nəşri də türk müxalifətinin birliyindən yazıb.

Alman qəzeti müxalifətin ittifaq qurduğunu bildirib: “Prezidentliyə namizəd hələ müəyyən edilməsə də, ən azı bir proqramları var”.

Qəzet partiyaların liderlərinin Prezident Rəcəb Tayyib Ərdoğana qarşı vahid namizəd irəli sürmək istədiklərini qeyd edib. Bununla belə, “Der Spiegel” Ərdoğanın müxalifət üçün ciddi rəqib olduğuna diqqət çəkib: “Müxalifət partiyaları Prezident Rəcəb Tayyib Ərdoğan və AKP ilə rəqabət apara bilmirlər”.

Məqalədə “Altılıq Masası”sının seçki proqramından da bəhs olunub.

DEVA Partiyasının sədri Əli Babacan da qatıldığı canlı yayımda “Altılıq”ın proqramı ilə bağlı fikirlərini açıqlayıb: “Bütün Avropada bunu izləyirlər. Davosda idim, nə qədər jurnalist gəlib məndən nə etdiyimizi soruşdu, hamısına bu haqda danışdım. Dedilər ki, bu, gözəl bir şeydir. İndi Avropadan baxıb “Afərin Türkiyəyə” deyəcəklər”.

Bu gün hakim partiyanın (AKP) toplantısında çıxış edən Prezident Ərdoğanın Babacana təpkisi sərt olub:

“Açıqladıqları mətndə kəsə salam verirlər. HDP-ni salamlayırlar. İctimaiyyətdən uzaqlaşdırılan FETÖ-çüləri və PKK-çıları salamlayırlar. Özünə rəqib, ölkəmizin güclənməsini istəməyən Qərbə salam göndərirlər.

İndi onlardan biri çıxıb deyir ki, “Qərb bizə afərin deyəcək”. Ayıb olsun. Qərbin “Afərin” deməsinə ehtiyacınız varmı?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər