Fevralın 2-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərini İsgəndər-K raketi ilə vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.
Son məlumatlara görə, zərbə nəticəsində 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.
İlkin məlumatlara görə, üç mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.