25 Dekabr 2014 09:09
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Syerra-Leone hökuməti Ebola virusuna görə ölkənin şimalında beş günlük karantin elan edib.

Publika.az-ın məlumatına görə, yerli hakimiyyət karantin virusun yayılmasının qarşısının alınması məqsədilə elan edildiyini bildirib.


Şimal regionun nazir-rezidenti Əli Kamaru bildirib ki, bu müddət ərzində bütün mağazalar bağlanacaq. Heç bir bazar işləməyəcək. Heç bir avtomobil və ya mototaksi şəhər və kəndlərə daxil ola və ya çıxa bilməyəcək .


Bu arada Ümumdünya səhiyyə təşkilatı 2015-ci il yanvarın 1-nə Qvineya, Liberiya və Syerra-Leonedə qanında ölümcül Ebola virusu olan bütün xəstələrin cəmiyyətdən təcrid olunmasını təklif edib.


Müəllif:

Oxşar xəbərlər