25 Dekabr 2014 08:40
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində “İŞİD”in mövqelərinə 17 hava zərbəsi endirib.

Teleqraf.com-un "Reuters" agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobanidə 8 zərbə endirib. Həmçinin, Deyr-əz-Zorda neft çıxartma obyekti, Rakka şəhərində isə silah anbarı məhv edilib. İraqda koalisiya qüvvələri “İŞİD”-in mövqelərinə 7 hava zərbəsi endirib.

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.


Müəllif:

Oxşar xəbərlər