“İsveç ötən ilin iyununda Madriddə Finlandiya ilə imzalanmış NATO-ya qəbul haqqında memorandumda nəzərdə tutulan terrorçuları Ankaraya təhvil vermək öhdəliyini hələ də yerinə yetirməyib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, bu öhdəliklər yerinə yetirilməyənə qədər Türkiyə tərəfi Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciətini təsdiqləməyəcək.
“Türkiyə ilkin olaraq NATO-da açıq qapı siyasətini dəstəkləyir. Terrorla mübarizə çərçivəsində terrorçuların Türkiyəyə ekstradisiyası bu Madrid memorandumunun imzalanmasının təbii nəticəsidir və bunu hər kəs görməlidir. Biz bunu gözləyirik".