3 Fevral 2023 09:50
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Ukraynaya yeni böyük hücum kontekstində Rusiya ordusunun potensialını yüksək qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“ISW isə Rusiya qüvvələrinin Ukraynanın şərqində düşmən qüvvələri məğlub etmək və mart ayına qədər işğal olunmamış Donetsk vilayətinin 11300 kvadrat kilometrdən çox ərazisini ələ keçirmək üçün kifayət qədər döyüş gücü əldə etdiyinə dair heç bir sübut tapmayıb”,- xülasədə deyilir.

ISW hesab edir ki, uzun müddətdir müzakirə edilən Rusiyanın əsas hücumu aprelin yağışlı mövsümündə və ya ondan tez - vaxtından əvvəl başa çatacaq. Analitiklər hesab edirlər ki, Rusiya ordusu ciddi əməliyyat uğurları əldə edə bilməyəcək.

“Rusiya qüvvələrinin tükənməsi Ukrayna qüvvələrinə Qərbin tank təchizatının daxil olmasından sonra 2023-cü ilin yazının sonu və ya yayında əks-hücumda istifadə etmək üçün əlverişli şərait yarada bilər”,- analitiklər qeyd edib.


Müəllif: Nemət