3 Fevral 2023 16:14
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə daxili işlər naziri Süleyman Soylu 9 ölkənin İstanbuldakı konsulluqlarını bağlamasının arxasında ABŞ-ın ölkəsindəki səfirliyinin olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, nazir Amerika səfirliyindən əlini ölkəsindən çəkməyə çağırıb.

ABŞ-ın Türkiyəyə göndərdiyi səfirlərinin hər birinin ölkəsinə zərər verməyə çalışdığını deyib:

“Buradan Amerika səfirinə deyirəm, hansı jurnalistlərə yazı yazdırdığınızı bilirəm, çirkli əllərinizi Türkiyədən çəkin, çox açıq deyirəm. Sizin nə etdiyinizi, hansı addımları atdığınızı və Türkiyəni necə qarışdırmaq istədiyinizi dəqiq bilirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər