Donetsk vilayətində Ukrayna Milli Qvardiyasının hərbçiləri Rusiyanın Su-25 hücum təyyarəsini məhv edib.
Teleqraf.com xəbər verir ki, əməliyyat qanlı döyüşlərin getdiyi Baxmut yaxınlığında baş verib.
Düşmən təyyarəsi İqla-1 zenit sistemi ilə vurulub.
Qeyd olunur ki, Baxmut istiqamətində son bir həftə ərzində Rusiyaya məxsus Mi-24 helikopteri və Su-25 təyyarəsi məhv edilib.
Hərbçilər bildirirlər ki, çoxsaylı itki verməsinə baxmayaraq düşmən Baxmut istiqamətində hücum əməliyyatlarını dayandırmır.