3 Fevral 2023 21:55
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ərazisində görünən Çinə məxsus hava şarı külək səbəbindən marşrutdan kənara çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Çin fors-major şəraitə görə hava şarının səhvən ABŞ ərazisi üzərində uçmasından təəssüflənir", - deyə Çinin Xarici İşlər Nazirliyindən bildirilib.

Pekin fors-major səbəblərdən yaranmış bu insidentin həlli üçün Vaşinqtonla əlaqələri davam etdirəcəyinə söz verib.

Qeyd edək ki, bu gün ABŞ hava sahəsində Çinə məxsus hava şarı görünüb. Vaşinqton bunu Çinin “casus şarı” olduğunu bildirərək, Pekindən açıqlama tələb etmişdi.

ABC telekanalının məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri ABŞ hava məkanında Çinin "casus şarı"na görə təxirə salınacaq. Səfərin fevralın 5-6-da baş tutması gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər