Amerika Birləşmiş Ştatları Ukraynaya daha bir böyük hərbi yardım paketi ayırdığını rəsmən açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Pentaqonun sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder məlumat verib.
"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,2 milyard dollarlıq yeni yardım paketi təqdim etdiyini açıqlayır. Paketə tank əleyhinə "Javelin" raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir", - deyə o bildirib.