Ukrayna rus ordusunu öz ərazilərindən çıxarmaq üçün verilən silahlardan necə istifadə edəcəyinə müstəqil qərar verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder deyib.
“Ukraynanın əməliyyatlarla bağlı planlarına gəlincə, açıq-aydın görünür ki, bu, onların qərarıdır. Bu işdə əsas ukraynalılarlardır” deyən general ABŞ silahlarından Krımı hədəf alına biləcəyinə işarə edib.