“Taliban”ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən professor İsmayıl Məşəl həbs edilib.
Teleqraf.com xəbər verir ki, professor “Taliban”ın qızların universitetlərdə və orta məktəblərdə təhsil almasına qadağa qoymasına etiraz edib.
37 yaşlı akademik “Taliban” tərəfindən “təxribat xarakterli hərəkətlərdə” ittiham olunub.
Şahidlərin dediyinə görə, professor həbs olunan zaman Taliban qüvvələri tərəfindən sillə və yumruq zərbələri alıb.
Keçmiş jurnalist Prof. Məşəl Kabildə jurnalistika, mühəndislik və kompüter mühəndisliyi dərsləri verən özəl universitetə rəhbərlik edirmiş.