İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr üçün gələn həftə Rusiyaya gedəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.
“Bəli, gələcək. Bu, Təhlükəsizlik Şurasının himayəsi altında keçiriləcək tədbir olacaq”, - deyə Kabulov müvafiq sualı cavablandırıb.
Onun sözlərinə görə, Şamxani bir sıra ölkələrin təhlükəsizlik şuralarının rəhbərləri səviyyəsində Əfqanıstan üzrə ənənəvi çoxtərəfli görüşdə iştirak edəcək.
“Bu, planlaşdırılan tədbirdir, çoxdan başlayıb. Əsas mövzu Əfqanıstan olacaq”, - Kabulov bildirib.
Diplomat deyib ki, İranın İsfahan şəhərindəki hərbi obyektlərə dron hücumu görüşün gündəmi olmayacaq.