5 Fevral 2023 11:27
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra Dubayda xəstəxanada vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan KİV-lərinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq ki, Pərviz Müşərrəf Pakistanda 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. O, 2001-2008-ci illərdə prezident olub. Pərviz Müşərrəf impiçment təhlükəsi ilə bağlı parlamentin təzyiqi ilə istefa verməyə məcbur olub. Sonra o, korrupsiyada və konstitusiyanı pozmaqda ittiham olunub.


Müəllif: Teleqraf.com