5 Fevral 2023 14:10
2 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək prezident seçkisinə az müddət qalmış müxalif “Altılıq Masası” bloku namizəd məsələsində razılığa gələ bilməzkən, Ağrı şəhər bələdiyyəsinin sədri Savcı Sayandan maraqlı iddia gəlib.

Teleqraf.com xəbər verir ki, Sayan İYİ partiyanın sədri Maral Akşənərlə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun bir-birinə blef etdiyini deyib. Onun iddiasına görə, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu ilə Akşənərin namizədliklə bağlı gizli planı var.

Akşənərin Kılıçdaroğlunun namizədliyini heç vaxt qəbul etməyəcəyini söyləyən Sayan İmamoğlunun İYİ partiyanın sədri tərəfindən dəstəkləndiyini vurğulayıb.

Sayan İmamoğlu ilə CHP lideri arasındakı soyuq əlaqələrə də diqqət çəkib: “İmamoğlu CHP rəhbəri haqda “Kılıçdaroğlu mənimlə düşnüşüb. Kılıçdaroğlu seçilsə, mənim siyasi həyatıma son qoyacaq” deyib”.

İmamoğlunun cəmi bir gülləsi var. O da Akşenerlə birgə namizəd olmaqdır”.

Savcı Sayan həmçinin əlavə edib:

“İYİ Partiya İmamoğlunun namizədliyini irəli sürəcək. Kılıçdaroğlu və Akşənər bir-birinə blef edir. Kılıçdaroğlu “Mən namizəd olmasam, İmamoğlu da olmamalıdır. Abdullah Gülü namizəd edək” deyə bilər.

Kılıçdaroğlu namizədliyini elan edərsə, Akşənər bunu heç vaxt qəbul etməyəcək və İmamoğlunun namizədliyini irəli sürəcək. Bunun üstündə böyük mübarizə gedir. İmamoğlu isə açıq şəkildə Kılıçdaroğlunun onu istəmədiyini deyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər