5 Fevral 2023 14:24
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyalətinin mərkəzi) partlayış baş verib.

Teleqraf.com xəbər vrir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, insident Kvetta polis qərargahının yaxınlığındakı nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.


Müəllif: Teleqraf.com