Bazar günü naməlum silahlı şəxslər Konqo Demokratik Respublikasının DCR) şərqində Birləşmiş Millətlər Təşkilatının Konqo Sabitləşdirmə Missiyasının (MONUSCO) helikopterini atəşə tutub, bir sülhməramlı ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press“ agentliyi missiya nümayəndəsinə istinadən məlumat yayıb.
Helikopter yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 17:00) Konqonun Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə uçarkən vurulub.
“France-Presse”in məlumatına görə, ölən sülhməramlı Cənubi Afrika vətəndaşı olub. Daha bir nəfər xəsarət alıb, onun vəziyyəti məlum deyil.
BMT missiyasının helikopterini dəqiq kimin vurduğu məlum deyil.