Türkiyədə cənub-şərqində baş verən güclü zəlzələdən sonra ən yüksək həyacan səviyyəsi elan edilib.
Teleqraf.com xəbər verir ki, bunu daxili işlər naziri Süleyman Soylu deyib.
“Fövqəladə Hallar İdarəsi ilə birlikdə bölgələrə xilasedicilər göndərmişik. Zəlzələdən ən çox zərər çəkən şəhərlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır. Yeraltı təkanlar, həmçinin Ankara və Kayseridə də hiss edilib”, - deyə Soylu qeyd edib.