"Fransa zəlzələdən əziyyət çəkən Türkiyəyə kömək göstərməyə hazırdır".
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezident Emmanuel Makron sosial şəbəkə hesablarında (Tvitter və Feysbuk) yazıb.
Fransa lideri paylaşımını türkcə edib.
“Görülməmiş şiddətdə baş vermiş zəlzələdən sonra Türkiyə və Suriyadan dəhşətli görüntülər alırıq. Fransa hadisə yerində əhaliyə təcili yardım göstərməyə hazırdır. Qəlbimiz hüznlü ailələrin yanındadır”, - Makron bildirib.