6 Fevral 2023 21:12
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə döyüşlərdə ələ keçirdiyi silahları İrana verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.

Amerika nəşrinin məlumatına görə, İran silahları təmir etməyi və Ukraynaya qarşı müharibədə istifadə etmək üçün yenidən Moskvaya qaytarmağı planlaşdırır.

“Rəsmi mənbələrin bildirdiyinə görə, Moskva Ukraynada döyüş meydanında ələ keçirilən və təmirə ehtiyacı olan silahları İrana ötürür”, - məlumatda deyilir.

Nəşr iki diktatura rejimi arasında müdafiə və iqtisadi sahədə əməkdaşlığın gücləndiyini qeyd edir. Bildirilir ki, İran artıq öz ballistik raketlərini Rusiyaya tədarük etməyə razılaşıb.

Bundan əvvəl məlum olub ki, Moskva və Tehran birgə PUA istehsalı üçün yeni zavodun tikintisi barədə razılığa gəlib. Projeni Yelabuqa şəhərində (Tatarıstan Respublikası) həyata keçirmək istəyirlər. Tərəflər yeni zavodda ən azı 6000 pilotsuz təyyarə istehsal edəcəklərini düşünürlər.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba İranın ölkəsinə münasibətdə həddi aşdığını deyib. Onun sözlərinə görə, Kiyev istənilən an Tehranla diplomatik münasibətləri pozmağa hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər