Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.
***
12:46
Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.
***
10:48
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.
Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
***
07:40
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 3 min nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.