25 Dekabr 2014 14:15
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin hökumətdən arağın qiymətinin artımının nəzarət altına alınmasını tələb edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin arağın qiymətinin artmasının xalqı saxta və keyfiyyətsiz malları alınmasına sürüklədiyini, bunun isə öz növbəsində insanların sağlamlığının ciddi risk qarşısında qaldığını bildirib. Onun sözlərinə görə, dövlətin yarım litr araq üçün müəyyən etdiyi minimum qiymət 1 ildə 30 faiz artaraq 220 rubla (3,2 AZN) qalxıb. Qiymət artımının əsas səbəbi isə illik inflyasiyanın təxminən 10 faizə qalxması göstərilir.

Qeyd edək ki, neftin qiymətinin enməsi və Qərbin sanksiyaları ilə birlikdə rublun ciddi dəyər itkisi yaşaması Rusiya 1998-ci ildən sonrakı dövrdə iqtisadi böhran yaşayır. Aparılan araşdırmalara görə, arağın qiymətinin qalxması erkən ölümlərinin sayının artmasına, bu da öz növbəsində rus kişilərinin təxminən 25 faizinin 50 yaşa çatmamış ölməsinə səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər