Rusiya qüvvələri əsas səylərini Kupyan, Liman, Baxmut, Avdiv və Novopavliv istiqamətlərində hücum əməliyyatları keçirmək üçün cəmləşdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rus ordusu ayrı-ayrı istiqamətlərdə yenidən qruplaşmaqda davam edir:
“Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ötən sutka ərzində Luqansk vilayətinin Novoselyvsk, Kreminna və Dibrova qəsəbələri və Verxnyokamiansk, Vesele, Zaliznyansk, Krasna Qora, Baxmut, İvanovsk və Donetskovivka rayonları ərazilərində işğalçıların hücumlarını dəf edib”.
Eyni zamanda, Sumı vilayətinin Popivka və Aleksandrivka, Xarkov vilayətinin Streleça, Xlıboke, Krasne, Qatışçe, Vovçansk və Dvoriçna qəsəbələrinin əraziləri də atəşə tutulub.
Baş Qərargahdan verilən məlumata görə, Kupyan istiqamətində rus ordusu Xarkov vilayətinin İvanivka, Kuçerivka, Kislivka və Kotlyarivka yaşayış məntəqələri, həmçinin Luqansk vilayətinin Novoselivsk və Stelmaxivka rayonlarını tanklardan, minaatanlardan və artilleriyadan atəşə tutub.
Baxmut istiqamətində Spirne, Berestovka, Biloqorivka, Krasna Qora, Baxmut, Klişçivka, Kurdyumivka və Ozaryanivka rusların atəşinə məruz qalıb. Bundan başqa, Avdivka, Zaporoje və Xarkov vilayətləri də atəşə tutulub.