7 Fevral 2023 11:04
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan sonra Polşanı denazifikasiya ilə hədələyib. Üstəlik, o hesab edir ki, bütün Avropada satanizmlə mübarizə aparmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, Kadırov Polşanın Ukraynaya yardım etməklə öz hərbi resurslarını tükəndirdiyini və ABŞ-dan silah diləndiyini deyib.

“İndi o (Polşa) çaşqın durumdadır, xüsusi hərbi əməliyyat uğurla başa çatdıqdan sonra Rusiya növbəti ölkəni deazifikasiya və demilitarizasiya etməyə başlasa? Ukraynadan sonra xəritədə Polşadır! Gizlətmirəm, şəxsən mənim belə bir niyyətim var və dəfələrlə bəyan etmişəm ki, satanizmlə mübarizə bütün Avropada və ilk növbədə Polşa ərazisində davam etdirilməlidir. Beləliklə, zamanla polyakların ağlı başlarına gələr”, - Çeçenistan rəhbəri bildirib.

Kadırov Polşada siyasi vəziyyətin mürəkkəb olduğunu da iddia edib. O qeyd edib ki, hər il keçirilən Muxtar Sileziya Yürüşü iyul ayında keçiriləcək. Onun fikrincə, Polşanın bu regionu xüsusi müstəqil statusa layiqdir və bunun üçün təcili referendumun keçirilməsinə ehtiyac var, Rusiya buna təşkilati yardım göstərə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu