Rusiya fermerləri Qərbin sanksiyaları üzündən böyük itkilərə məruz qalırlar. 2022-ci ilin sonunda onlar əldə etdikləri 10 milyon tonlarla taxılı sata bilməyiblər.
Teleqraf.com xəbər verir ki, adətən, Rusiya Federasiyası kənd təsərrüfatı ilinin birinci yarısında məhsulunun 70%-ə qədərini satmağı bacarır, lakin bu mövsümdə məhsulun satışı cəmi 50-56% təşkil edib.
“The Moscow Times” nəşri sanksiyalara görə kənd təsərrüfatı şirkətlərinin məhsulun 37-80%-ni öz anbarlarında saxladıqlarını təsdiqləyən fermerlər arasında sorğu keçirib.
Yakov and Partners konsaltinq şirkətinin araşdırmasına görə, Rusiya şirkətlərinin ən azı 46%-i indi sanksiyalara görə satıla bilməyən on milyonlarla ton taxılla nə edəcəyini bilmir.
“Mövcud qiymətlərlə adətən taxılın uzunmüddətli saxlanması ilə əlaqəli risk zonası təxminən 260 milyard rubl həcmində ehtiyatlardır. Bu rəqəmin daha da artmaması üçün Rusiya hər ay həcmində ixrac etməli olacaq. Taxıl istehsalı rekorda yaxın - 4 milyon tondan çoxdur”, - təşkilat bildirib.