7 Fevral 2023 12:28
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Episentri Kahramanmaraşda olan güclü zəlzələ nəticəsində Suriyanın müxtəlif bölgələrində ölən və yaralananların sayı da artır.

Teleqraf.com xəbər verir ki, ən son xəbərlərə görə, Suriyada ölənlərin sayı 1602, yaralıların sayı isə 3 min 649-a yüksəlib.

Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Hələb, Latakiya, Həma və Tartus əyalətlərində hökumətin nəzarətində olan ərazilərdə baş verən zəlzələ nəticəsində 812 nəfər ölüb, 1449 nəfər yaralanıb.

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağlıb və ya zədələnib. Suriyanın İdlib, “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatı bölgələrində ən azı 790 nəfər ölüb.


Müəllif: Nemət

Oxşar xəbərlər