Türkiyədə güclü zəlzələdən 29 saat sonra 2 aylıq körpə dağıntılar altından sağ çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Mehmet Çınar adlı körpə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Xilasedici ayaqyalın körpəni ədyala büküb və tibb bacısına təhvil verib.