7 Fevral 2023 16:04
3 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerikanın sahib olduğu HAARP vasitəsi ilə süni şəkildə zəlzələ törətmək mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elbəyi Həsənli deyib.

Jurnalist Türkiyədə baş verən şiddətli zəlzələ ətrafındakı ilginc iddialara diqqət çəkib:

“Mərkəzi ofisi Nyu-Yorkda yerləşən “The International Business Times” nəşrinin ayda 100 milyon oxucu izləyir. Yəni belə bir nəşri “bulvar qəzeti” və ya “sarı mətbuat” hesab etmək olmaz.

Nəşr yazır ki, Türkiyədə baş verən zəlzələdən bir neçə saniyə əvvəl səmada görünən qəribə mavi işıq xeyli şübhəli görünür.

Bu zəlzələ ABŞ-ın dəstəklədiyi HAARP hücumundan qaynaqlanmır ki?

HAARP (ing. High Frequency Active Auroral Research Program; Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) — ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsi.

Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və İslam Papaxov tərəfindən irəli sürülüb.

Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar var. Hətta zehin idarəetmə dalğaları yaydığı deyilir.

HAARP Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radiosiqnalı yayımlaya bilən cəmi 48 antenna var. Bundan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.

HAARP layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılır.

Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində təyyarələrə nəzarət sistemi var və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır.

Adıçəkilən nəşr Snejina Boaxenin Tvitter də yazdığı bu statusa diqqət çəkir: “Türkiyədə baş verən zəlzələ NATO və ya ABŞ-ın Türkiyəyə qarşı cəza əməliyyatı (HAARP) kimi görünür. Videoda zəlzələ zamanı normal olmayan, amma arfa əməliyyatlarında həmişə baş verən ildırım çaxmaları əks olunub”.

Elbəyi Həsənli əlavə edib:

“Nəşr sosial şəbəkələrdə yer alan bu kimi xeyli stautusa yer verib. Birində isə vurğulanır ki, bu, ABŞ-ın həyata keçirdiyi bir əməliyyatdır: “Bu, təbii fəlakət deyil, terror aktı idi”.

Sosial şəbəkələrdə o da qeyd olunur ki, NATO və ABŞ belə bir zəlzələ törətməklə Ərdoğanın iqtidara yenidən gəlişinin qarşısını almaq məqsədi daşıyır.

Əlbəttə, bu barədə konkret nəsə demək çətindir. Dəqiq məlum olan odur ki, Amerikanın sahib olduğu HAARP vasitəsi ilə süni şəkildə zəlzələ törətmək mümkündür. Həqiqətənmi ABŞ bu imkandan Türkiyədə zəlzələ törətmək üçün istifadə edib? Bu suala bəlli səbəbdən yaxın zamanlarda birmənalı cavab olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu