Ukraynada Tatarıstandan gələn səfərbərlik alayına rəhbərlik edən rus generalı Ulyanov məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan (Ştirlits) məlumat verib.
“İstefada olan general-mayor, 98-ci Hava Desant Diviziyasının keçmiş komandiri, Tatarıstandan səfərbər edilmiş alayın komandiri Dmitri Ulyanov uğurla məhv edilib”, - ukraynalı zabit bildirib.
Onun sözlərinə görə, müharibə zamanı Ukraynada rus ordusunun çox sayda generalları, leytenantları, batalyon komandirləri, mayorları və digər rütbəli zabitləri zərərsizləşdirilib.