7 Fevral 2023 16:22
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlzələdən istifadə edən ən azı 20 məhbus Türkiyə-Suriya sərhədindəki həbsxanadan qaçıb.

Teleqraf.com xəbər verir ki, məhbusların Türkiyə-Suriya sərhədinə yaxın Afrində həbsxanadan qaçdığı bildirilir.

Zəlzələ zamanı həbsxanaya ziyan dəyib. Qaçan məhbusların İŞİD üzvü olduğu təxmin edilir.

Həbsxanada 200-ə yaxın məhbusun olduğu və onlardan 130-nün İŞİD üzvü olduğu deyilib:

“Məhkumlar iğtişaşlar törədib həbsxananın bəzi hissələrinə nəzarəti ələ keçiriblər. Onlardan 20-yə yaxını qaçıb və biz onların İŞİD yaraqlıları olduğuna inanırıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər