11 May 2014 13:11
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya qoşunları Əfqanıstanın Gilmənd vilayətində bütün bazalarını buraxıb, yalnız özündə bu ilin sonunda hərbçilər tərk edəcəkləri Kemp Bastion baş düşərgəsini saxlayıb.

Bu barədə BBC telekanalı məlumat verir.

Əfqanıstanda taliblərlə mübarizənin qızğın çağında Britaniyanın 137 bazası olub.

Əfqanıstan torpağında 453 nəfər britaniyalıların böyük əksəriyyəti məhz Gilmənddə həyatını itirib - əməliyyat əyalətdə səkkiz ilə qədər uzanıb.

Böyük Britaniyanın müdafiə naziri Filip Hemmond iztirablı regiona səfər edib və əmin olduğunu bildirib ki, çoxsaylı qurbanlara baxmayaraq hərbçilər məqsədlərinə çatıb./trend/


Müəllif: