8 Fevral 2023 07:09
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar fevralın 8-i Kosovoda milli matəm elan olunub.

Teleqraf.com xəbər verir ki, bunu Kosovo Prezidenti Vyosa Osmani deyib.
“Bu kimi faciələr zamanı dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqlarının ağrısı bizim də ağrımızdır. Buna görə də fevralın 8-i Kosovoda milli matəm elan edilib. Kosovo lazımi dəstəyini davam etdirməyə tam hazırdır”, - deyə V.Osmani bildirib.

Kosovo, həmçinin axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün təhlükəsizlik qüvvələrinin 30 nəfərlik heyətini Türkiyəyə göndərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər