Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyəyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 13 qrup göndərib, daha 39 komanda isə yola çıxıb.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Humanitar Koordinasiya Ofisi (OCHA) elan edib.
Əlavə edilib ki, komandaların fövqəladə hallara reaksiya və axtarış-xilasetmə işlərinə çox vacib dəstək verəcək.