8 Fevral 2023 11:50
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan-Gümrü avtomobil yolua buz bağladığı üçün 300-ə yaxın texnika, o cümlədən yük maşını 2 saata yaxın nə Gümrüyə, nə də İrəvana doğru irəliləyə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası bildirir.

Qeyd olunur ki, yol duz və qumla təmizlənməyib. Sürücülər ərazi idarəetmə və infrastruktur nazirinin və Araqatsotn vilayətinin qubernatorunun işindən narazılıqlarını bildiriblər.

Erməni mediası əlavə edir ki, hazırda yol xizək meydançasını xatırladır.


Müəllif: Nemət

Oxşar xəbərlər