Xəbər verdiyimiz kimi, Suriyada zəlzələ nəticəsində dağıntılar altında qalan iki azyaşlı uşağın görüntüləri dünyada gündəmə çevrilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İdlibdə azyaşlı bacı və qardaş saatlar sonra xilas edilib.
Uşaqlar dərhal xəstəxanaya aparılıb, vəziyyətlərinin yaxşı olduğu bildirilir.