Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi məsələsinin qapalı müzakirəsi davam edir.
Teleqraf.com xəbər verir ki, Xocalı cəlladlarından olan Ohanyanın toxunulmazlığı məsələsi qaldırılsa, ona qarşı cinayət təqibinə start veriləcək.
Parlamentin spikeri Alen Simonyan mətbuat nümayəndələrini, eləcə də təhlükəsizlik işçilərindən iclas zalını tərk etmələrini və qapalı müzakirələr üçün lazımi şəraitin yaradılmasını xahiş edib.