Ermənistan Türkiyəyə 27, Suriyaya isə 29 xilasedici göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik başqa təfərrüatları açıqlamayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirmişdi ki, Ermənistan dağıdıcı zəlzələdən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinə kömək etmək üçün Suriya və Türkiyəyə xilasedici qruplar göndərir.