8 Fevral 2023 20:13
4 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya qoşunları ölkə rəhbərliyindəki ümidsizlik və isterik əhval-ruhiyyə səbəbindən fevralda - martın əvvəlində hücuma keçəcəklər. Ukrayna Silahlı Qüvvələri yeni taktiki qrupları yaratmazdan əvvəl ruslar hücuma keçməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, yaxın 2-3 ay ərzində Ukrayna ordusu tanklardan tutmuş artilleriyaya qədər sırf Qərb tipli hücum texnikaları ilə tam təchiz olunacaq və yeni batalyon taktiki qrupları (BTQ) yaradılacaq:

“Hücum edəcək rus qoşunları bu BTQ-lər qarşısına müdafiədə heç nə edə bilməyəcəklər. Bu durumda onların hücumlarının perspektivləri olmayacaq”.

Kovalenko onu da söyləyib ki, Rusiyanın yeni hücumunun başlaması Ukraynanın enerji sistemini 48 saat ərzində sıradan çıxara bilən kütləvi raket hücumu ilə üst-üstə düşə bilər. Ekspert rus ordusunun bunu həyata keçirmək üçün lazım olan sursatı fevralın 10-dək təmin edib, ayın 24-də hərəkətə keçəcəyini güman edir.

Kovalenko qeyd edib ki, hazırda Rusiya növbəti raket hücumu zamanı istifadə olunacaq sursatların toplanması mərhələsindədir: “Tam formalaşdırma fevralın 10-dək başa çatdırıla bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər